×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Əbu-Dabidə anılıb

Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Mahir Əliyev 30 il əvvəl törədilən cinayətin tarixindən danışıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində torpaqlarımız azad edilib, şəhidlərimizin qanı yerdə qalmayıb. Diplomat həm Xocalı faciəsi, həm də Birinci və İkinci Qarabağ müharibələri zamanı dastan yazan şəhidlərimizin əziz xatirəsinin daim yaddaşlarda qalacağını bildirib, qazilərimizə cansağlığı arzulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına toxunan M.Əliyev bu istiqamətdə Fond tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib. O, Xocalı faciəsinin bir sıra dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığını qeyd edib.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı erməni vəhşiliyini əks etdirən fotosərgi nümayiş etdirilib.

Xocalı faciəsi 2022-02-26 12:18:00