×
A
A
A
Sazlamalar

O gecə sanki təbiət də qan ağlayırdı

Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələrindən danışıb, Xocalı faciəsinin ən dəhşətli qırğınlardan biri olduğunu deyib. O, tarixə qanla yazılan Xocalı soyqırımının xalqımızın qan yaddaşından silinməyəcəyini vurğulayıb.
Universitetin İctimai fənlər kafedrasının müdiri professor Camal Mustafayev ermənilərin zaman-zaman torpaqlarımızda günahsız qanlar axıtdıqlarını, təkcə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 nəfərin qətlə yetirildiyini söyləyib. Qeyd edilib ki, o gecə sanki təbiət də qan ağlayırdı.
Camal Mustafayev Vətən müharibəsində qazandığımız böyük Qələbənin əhəmiyyətindən bəhs edib.

Elm və təhsil 2022-02-26 11:45:00