×
A
A
A
Sazlamalar

Xocalı qırğını - XX əsrin ən böyük faciəsi

Bakı, 25 fevral, AZƏRTAC

AMEA-nın Hüseyn Cavidin ev-muzeyində “Xocalı soyqırımı, yaxud iblislərin vəhşət saçan əməli” mövzusunda tədbir keçirilib.
Əvvəlcə şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə muzeyin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdiyi qanlı hadisələrdən danışıb. Qeyd olunub ki, Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 63 uşaq qəddarcasına qanlarına qəltan edilib.
G.Babaxanlı Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən danışıb.
Tədbirdə digər çıxış edənlər də bildiriblər ki, ermənilərin törətdiyi Xocalı qırğını XX əsrin ən böyük faciəsidir. Xocalı soyqırımı haqqında dünya xalqlarına daha da ətraflı məlumat verilməlidir.
Sonra “Xocalı – XX əsrin ən dəhşətli faciəsi” adlı sərgiyə baxış olub.

 

Elm və təhsil 2022-02-25 17:39:00