×
A
A
A
Sazlamalar

UNEC-də Xocalı hadisələrini əks etdirən kitab sərgisi və fotostend təşkil olunub

Bakı, 25 fevral, AZƏRTAC

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi Xocalı hadisələrini əks etdirən kitab sərgisi və fotostend hazırlayıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bütün tədris binalarının kitabxanasında Xocalı soyqırımına həsr edilmiş kitab sərgiləri, fotolardan ibarət guşələr yaradılıb. Sərgi və güşələrlə yaxından maraqlanan tələbələrə soyqırımı həqiqətləri barədə məlumat verilir.
Universitetin e-kitabxanasında Xocalı soyqırımına həsr olunan sərgidə isə həmin hadisələr barədə tarixi gerçəkləri əks etdirən Azərbaycan, türk, rus və ingilis dillərində kitablar nümayiş olunur.

 

Elm və təhsil 2022-02-25 16:12:00