Varşava Milli Filarmoniyasında Xocalı soyqırımı ilə bağlı tamaşa təqdim olunub
Bakı, 25 fevral, AZƏRTAC
Varşava Milli Filarmoniyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc sakinlərə qarşı törədilən soyqırımı barədə məlumat veriblər.
Qeyd edilib ki, Azərbaycan dövləti xalqımızın haqq səsinin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Nəticədə bəzi ölkələr tərəfindən bəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və prinsiplərinin kobudcasına pozulması ilə müşayiət olunan bu dəhşətli soyqırımına rəsmi olaraq siyasi qiymət verilib.
Sonra Azərbaycan Dövlət Pantomima Teatrının aktyorlarının ifasında “Xocalı – bu olub” adlı tamaşası təqdim olunub.
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub
Fransa portalı Xocalı soyqırımından bəhs edən məqalə yayıb
Gürcüstan mətbuatı Vyanada Xocalı soyqırımı ilə bağlı aksiyadan yazıb
Kanadanın Edmonton şəhərində 26 fevral tarixi “Xocalının Anım Günü” elan edilib