×
A
A
A
Sazlamalar

Estoniyada 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş məqalə dərc olunub

Tallin, 3 fevral, AZƏRTAC
Eston jurnalist və Tartu Aleksandr Puşkin Məktəbinin tarix müəllimi Kersti Kivirütün müəllifliyi ilə “Estoniyanın tədris ədəbiyyatında unudulmuş Qara Yanvar, yaxud “Perestroyka” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan məqalədə 1990-cı ilin Yanvar hadisələri barədə geniş məlumat verilir, sovet qoşunlarının törətdiyi həmin qanlı qırğın kəskin pislənilir, amansız hücum nəticəsində 170-ə yaxın mülki şəxsin qətlə yetirildiyi vurğulanır.
Diqqətə çatdırılır ki, bu qanlı hücum keçmiş sovet respublikalarında insanların müstəqillik arzularına qarşı yönəlmiş hərbi təcavüz idi. Hər il 20 yanvar tarixi Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

 

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin

20 yanvar 2022-02-03 15:25:00