×
A
A
A
Sazlamalar

Ötən il təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə 1408 nəfər cərimələnib

Bakı, 27 yanvar, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2021-ci ildə 1655 müəssisədə müvafiq müayinələr aparılıb. Nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 24,5 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiqat aparılmış müəssisələrin 41,5 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 27,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 1408 nəfər vəzifəli şəxs və vətəndaşdan 1 milyon 671 min manat məbləğində cərimə tutulub.

Ekologiya 2022-01-27 17:42:00