Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
Bakı, 27 yanvar, AZƏRTAC
Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb. Fakt təsdiqini tapıb.
Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev AZƏRTAC-a bildirib ki, həmin əraziyə keçirilən baxış zamanı üç şam ağacının kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hazırda Abşeron Rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır.
F.Piriyevin sözlərinə görə, kəsilmiş ağacların yerinə yeni ağaclar əkilib.
Portuqaliya iqlim dəyişikliyinin ən çox hiss edildiyi ölkələrdən biridir
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək
Xəzər dənizinin balıq ehtiyatları on dəfələrlə azalıb
Xəzər dənizinin rekreasiya zonalarında və çimərlik ərazilərində monitorinqlərə başlanılıb