×
A
A
A
Sazlamalar

Qazaxıstanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Nur-Sultan, 21 yanvar, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRATC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları və Qazaxıstanda yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə iştirakçılar şəhidlərin xatirəsinə hazırlanmış guşənin önünə gül dəstələri qoyub, fotosərgi ilə tanış olublar.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov 20 Yanvar faciəsinin tarixi aspektləri, bu tarixin azadlıq və müstəqillik uğrunda milli hərəkatın başlanmasında müstəsna rol oynadığı barədə ətraflı məlumat verib.
Səfir 1988-ci ildən erməni separatçılarının başlatdığı təcavüzkarlıq aktlarına və SSRİ rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz siyasətinə etiraz olaraq mübarizəyə qalxan dinc əhaliyə qarşı həyata keçirilmiş silahlı müdaxilənin yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması ilə nəticələndiyini qonaqların diqqətinə çatdırıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

20 yanvar 2022-01-21 19:24:00