×
A
A
A
Sazlamalar

Özbəkistanda COVID-19-la bağlı yeni məhdudiyyətlər tətbiq olunur

Daşkənd, 21 yanvar, АZƏRTAC
Özbəkistanda COVID-19-a yoluxma sayının artması ilə bağlı yanvarın 24-dən ölkənin orta və ali məktəbləri, liseylər və qeyri-dövlət təhsil müəssisələri bir ay müddətinə onlayn formata keçir.
AZƏRTAC Özbəkistan Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni məhdudiyyətlər həm də yeniyetmələr və gənclər arasında “omikron” ştamının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunur.
Xatırladaq ki, Özbəkistan təhsil müəssisələrinin qış tətili yanvarın 11-də başa çatmalı idi. Lakin epidemioloji vəziyyətlə əlaqədar Təhsil Nazirliyi qış tətilini yanvarın 24-dək uzadıb.
Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində pandemiya dövründə ən yüksək yoluxma sayı qeydə alınıb - 1 325 hal. Pandemiya dövründə yoluxanların ümumi sayı 210 min 899, ölənlərin sayı isə 1532 nəfərdir.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

20 yanvar 2022-01-21 14:52:00