×
A
A
A
Sazlamalar

Bakı sakini: 20 Yanvar şəhidləri xalqımızın həmrəyliyinə nail oldular

Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan xalqı Vətən üçün canını fəda edən 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman uca tutur. Hər il yanvarın 20-də havanın necə olmasından asılı olmayaraq, bu xalqın ahılı da, gənci də, uşağı da Şəhidlər xiyabanına gəlir. Çünki onlar özlərini bu müqəddəs məkanda uyuyan insanlara borclu hesab edirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı sakini Niyaməddin Babayev bildirib.
“20 Yanvar şəhidləri xalqımızın həmrəyliyinə nail oldular. Bugünkü müstəqilliyimizə görə həm də onlara borcluyuq. İndi bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarını qurban verdikləri torpaqlar artıq azaddır. Biz qalib xalqıq və bununla fəxr edirik. Allah şəhidlərimizə rəhmət eləsin, Vətən müharibəsində sağlamlını itirən qazilərimizə şəfa versin. Biz daha güclü və daha həmrəy olmalıyıq, çünki düşmənə etibar yoxdur”, -deyə N.Babayev qeyd edib.

 

20 yanvar 2022-01-20 19:39:00