×
A
A
A
Sazlamalar

Laşa Darsaliya: Strateji tərəfdaş olan ölkələrimiz sülh və əmin-amanlıq içində yaşayacaq

Tbilisi, 20 yanvar, AZƏRTAC

Bu gün Azərbaycan xalqı özünün həm qanlı, həm də qəhrəmanlıq tarixinin bir gününü - 20 Yanvar faciəsinin 32-ci ildönümünü qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya Tbilisidə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış edərkən söyləyib.
Onun sözlərinə görə, gürcü xalqı 1989-cu il aprelin 9-da, Azərbaycan xalqı isə 1990-cı il yanvarın 20-də çox çətin, həm də şanlı bir gün yaşadı. Həmin günlər bizim tariximizə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Biz bu qəhrəmanlarımızı unutmayacağıq.
Gürcüstan və Azərbaycanın bu gün də eyni tarixi yaşadıqlarını vurğulayan nazir müavini deyib: “Gürcüstan və Azərbaycan regionda çətin çağırışlarla üz-üzədir. Lakin biz birgə əməkdaşlıq sayəsində bölgədə sabitliyə nail olacağıq. Strateji tərəfdaş olan ölkələrimiz sülh və əmin-amanlıq içində yaşayacaq”.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2022-01-20 18:13:00