×
A
A
A
Sazlamalar

Eskişehirdə 20 Yanvar şəhidləri anılıb

Bakı, 20 yanvar, AZƏRTAC

Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkil etdiyi "Çərşənbə Söhbətləri"nin bu həftədəki mövzusu 20 Yanvar faciəsinə həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Azadlığın qanla yazıldığı gecə - 20 Yanvar 1990” adlı tədbirdə çıxış edən dərnəyin sədr müavini Sirac Yaquboğlu 20 Yanvar hadisələri ilə əlaqəli məlumat verib, həmin gündən etibarən əfsanəni sevgiyə çevrilən İlham və Fərizədən bəhs edib. Qeyd olunub ki, 20 Yanvarda qanlı torpağa qırmızı qərənfillər düzüldüyündən, qərənfil həmin günün simvoluna çevrilib.
Daha sonra Sirac Yaquboğlu Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirini, azərbaycanlı tələbələrdən Şamama Xəlilova Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini səsləndirib.
Tədbir Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydının çıxışı ilə yekunlaşıb.

 

20 yanvar 2022-01-20 17:53:00