×
A
A
A
Sazlamalar

Fatma Ceren Yazqan: Türk xalqının bütün şəhidlərinin xatirələrini minnətdarlıq və qürur hissi ilə anırıq

Tbilisi, 21 yanvar, AZƏRTAC
Bakıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq savaşı idi. Bu hadisə həm də sovetlər birliyinin süqutunun müjdəçisi oldu.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında deyib.
Diplomat deyib ki, 32 il öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə başlanan mücadilə heç də əbəs olmayıb. Bu mücadilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı Zəfərlə başa çatıb.
Onun sözlərinə görə, Türkiyə azərbaycanlı qardaşlarının mücadiləsi və Zəfəri ilə qürur duyur.
“Türk xalqının bütün şəhidlərinin xatirələrini minnətdarlıq və qürur hissi ilə anırıq. Onların qəhrəmanlıqları hər gün xatırlanmalıdır. Şəhidlərin əziz xatirələri önündə baş əyirik və ailələrinə səbir diləyirik”, - deyə F.C.Yazgan vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

20 yanvar 2022-01-20 17:30:00