×
A
A
A
Sazlamalar

Finlandiya Pekin Olimpiadasının diplomatik boykotuna qoşulmayacaq

Stokholm, 19 yanvar, AZƏRTAC

Finlandiya Pekin Olimpiadasının diplomatik boykotuna qoşulmayacaq.
AZƏRTAC xəbər verir ki, bəzi ölkələr Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına öz siyasətçilərini göndərməmək barədə formal qərar qəbul etdiyinə baxmayaraq, Finlandiyanın mədəniyyət və idman naziri Antti Kurvinen Çinə getmək fikrində olduğunu elan edib.
Kurvinin olimpiadada olması o deməkdir ki, Finlandiya Oyunların diplomatik boykotuna qoşulmayacaq.
Qeyd edək ki, daha əvvəl İsveç hökuməti Qış Olimpiya Oyunları dövründə bu hökumətin üzvlərinin Çində olmayacağını elan edib. İsveçin idman naziri Anders İqemanın sözlərinə görə, bu qərarın qəbul edilməsi yalnız pandemiya ilə bağlıdır və burada hər hansı diplomatik aspektlər yoxdur.
Xatırladaq ki, Pekində Qış Olimpiya Oyunları bu il fevralın 4-dən 20-dək keçiriləcək.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

İdman 2022-01-19 16:02:00