×
A
A
A
Sazlamalar

Türkiyə klubu Mahir Emrelini transfer etmək istəyir

Bakı, 19 yanvar, AZƏRTAC

Türkiyənin “Sivasspor” klubu Azərbaycan millisinin və Polşanın “Legiya” komandasının futbolçusu Mahir Emrelini transfer etmək istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Sivas təmsilçisi 25 yaşlı hücumçu ilə bağlı Varşava təmsilçisinə təklif göndərib. “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasını istəyir. O, belə bir addımı atmasında “Legiya”nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

 

İdman 2022-01-19 13:44:00