×
A
A
A
Sazlamalar

Yunanıstanın iki klubu “Neftçi”də çıxış edən futbolçu Mamadu Kane ilə maraqlanır

Bakı, 19 yanvar, AZƏRTAC

Yunanıstanın iki klubu “Neftçi”də çıxış edən futbolçu Mamadu Kane ilə maraqlanır.
AZƏRTAC Yunanıstan mətbuatına istinadla xəbər verir ki, Super Liqa təmsilçiləri 25 yaşlı yarımmüdafiəçini heyətlərinə qatmaq istəyirlər. Müqavilə ilə “Olimpiakos”a məxsus olan qvineyalı oyunçunun bu klublardan birinə icarəyə veriləcəyi gözlənilir.
Məşqçilər korpusu Kaneni yerli komandalara icarəyə verməklə onu yaxından izləməyi hədəfləyir.
Qeyd edək ki, Mamadu Kane hazırda Afrika Millətlər kuboku yarışında Qvineya yığmasının düşərgəsindədir. Yarımmüdafiəçi icarə əsasında “Neftçi”də çıxış edir.

İdman 2022-01-19 13:43:00