“Tata Steel Masters”: Şahmatçımız Şəhriyar Məmmədyarov Niderland təmsilçisi ilə qarşılaşacaq
Bakı, 19 yanvar, AZƏRTAC
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin beşinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov beşinci turda niderlandlı Jorden Van Forrest ilə mübarizə aparacaq.
Qeyd edək ki, şahmatçımız ötən 4 turdan 2,5 xal toplayaraq 2-6-cı pillələri bölüşür. Turnir cədvəlinə 3 xalla hindistanlı Santoş Vidit başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir