×
A
A
A
Sazlamalar

“Everton” klubuna müvəqqəti baş məşqçi təyin olunub

Bakı, 19 yanvar, AZƏRTAC

İngiltərənin “Everton” futbol klubuna müvəqqəti baş məşqçi təyin olunub.
AZƏRTAC Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, Rafael Benitesin istefaya göndərilməsindən sonra bu vəzifə Dankan Ferqyusona həvalə edilib.
Şotlandiyalı mütəxəssisə Con Ebbrel və Leyton Beyns kömək edəcəklər. Qapıçılar üzrə məşqçi isə Alan Kelli olacaq.
Ferqyuson ikinci dəfədir komandanın sükanı arxasına keçir. O, daha əvvəl 2019-cu ildə “Everton”a rəhbərlik edib və komandanı 3 oyunda meydana çıxarıb.

 

İdman 2022-01-19 11:08:00