×
A
A
A
Sazlamalar

“Neftçi” – “Visla” oyununun başlanma saatı müəyyənləşib

Bakı, 18 yanvar, AZƏRTAC

Bakının “Neftçi” klubunun Antalya toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama matçının başlanma saatı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Polşanın “Visla” (Plotsk) klubu ilə yanvarın 19-da keçiriləcək yoxlama oyunu Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Xatırladaq ki, “Neftçi” Türkiyədəki ilk görüşündə Macarıstanın “Kişvarda” klubu ilə 2:2 hesablı heç-heçə edib. Yanvarın 24-də keçirilməsi nəzərdə tutulan üçüncü oyundakı rəqib hələ müəyyənləşməyib.

 

İdman 2022-01-18 15:46:00