×
A
A
A
Sazlamalar

İsmayıllıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyi keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd cüdoya olan marağın artırılması, kütləviliyin təşviqi, 20 Yanvar şəhidlərinin idmançılar arasında təbliği, idmançıların təlim-məşq prosesinin təkmilləşdirilməsi, yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsi, o cümlədən rayonda yeniyetmələr və gənclər arasında idmanın bu növünün inkişaf etdirilməsidir.
İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən yarışda əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışda qalib gələn idmançılara İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.

 

İdman 2022-01-18 15:44:00