“Tata Steel Masters”: Şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda Yan Kşiştov Duda ilə qarşılaşacaq
Bakı, 18 yanvar, AZƏRTAC
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin dördüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov dördüncü turda polşalı Yan Kşiştov Duda ilə mübarizə aparacaq.
Qeyd edək ki, şahmatçımız ötən 3 turun qarşılaşmalarını heç-heçə ilə baş vurub. Ş.Məmmədyarovun aktivində 1,5 xal var və bu nəticə ilə səkkizinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 2,5 xalla hindistanlı Santoş Vidit başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Yarışda 14 şahmatçı iştirak edir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir