×
A
A
A
Sazlamalar

“Sabah” klubu Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşacaq

Bakı, 17 yanvar, AZƏRTAC

Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən Bakının “Sabah” klubunun toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqibi müəyyənləşib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşacaq. Görüş yanvarın 20-də “Titatik Deluxe Football Center”in stadionunda keçiriləcək.
Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına qarşı keçirib - 1:1. Hazırlıq prosesinə “Mladost”la (Luçani, Serbiya) yoxlama oyunu ilə yekun vurulacaq. Görüş yanvarın 25-də baş tutacaq.

İdman 2022-01-17 18:26:00