Bu gün FIFA-nın “The best” mükafatının sahibləri müəyyənləşəcək
Bakı, 17 yanvar, AZƏRTAC
Bu gün FIFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi “The best” mükafatının sahibi müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, ən yaxşı futbolçu adına argentinalı Lionel Messi, polşalı Robert Levandovski və misirli Məhəmməd Salah iddia edirlər. Qadin futbolçuların ilk 3-lüyündə “Barselona”nın 2 üzvü var. Bunlar Cennifer Ermoso və Aleksiya Putelyasdır. Digər namizəd “Çelsi”nin futbolçusu Samanta Keerdir.
2021-ci ilin ən yaxşı baş məşqçisi adına İtaliya millisinə rəhbərlik edən Roberto Mançini və onun İngiltərənin "Mançester Siti" və "Çelsi" klublarındakı həmkarları, Xosep Qvardiola ilə Tomas Tuxel iddialıdırlar. Qadın futbolunda isə Lüis Kortes, Emma Heyz və Sarina Viqman namizəddirlər.
Bundan əlavə, tədbirdə ən yaxşı qadın və kişi qapıçılar, ilin ən yaxşı qolu, "fair play" mükafatı, həmçinin qadınlar və kişilərdən ibarət ilin rəmzi komandası da açıqlanacaq.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər