Tennis üzrə “Australian Open” turniri start götürüb
Bakı, 17 yanvar, AZƏRTAC
“Böyük dəbilqə” seriyasından tennis üzrə Avstraliya açıq turniri (“Australian Open”) start götürüb.
AZƏRTAC xəbər verir ki, Melburnda sayca 110-cu yubiley turnirdə birinci raket ustası Novak Cokoviç iştirak etməyəcək. Buna səbəb isə Avstraliya hökuməti tennisçinin vizasını ləğv etməsidir. Məhkəmə Novak Cokoviçin koronavirusa qarşı peyvənd olunmadığı üçün belə qərar qəbul edib. Serbiyalı gecə saatlarında Avstraliyadan deportasiya edilib. Qeyd edək ki, “Australian Open” turnirinin doqquzqat çempionu N.Cokoviç Melbrunda son üç yarışın qalibi olub.
Turnir rusiyalı Danil Medvedevin qalibiyyəti ilə başa çatsa, N.Cokoviç Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinqində liderliyini itirəcək. Yarışmanın ilk oyun günüdə 33 görüş kişilərdə, eyni sayda oyun isə qadınlarda baş tutacaq.
Yarışın ümumi mükafat fondu 54 milyon ABŞ dolları təşkil edir. Mövsümün ilk “Böyük dəbilqə” seriyalı turnirinə yanvarın 30-da yekun vurulacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir