×
A
A
A
Sazlamalar

“Kəpəz”in yoxlama oyunlarındakı ilk iki rəqibi müəyyənləşib

Bakı, 17 yanvar, AZƏRTAC

Qış fasiləsində yoxlama oyunları keçirəcək Gəncənin “Kəpəz” klubunun ilk iki rəqibi müəyyənləşib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Gəncə təmsilçisi yanvarın 22-də “Turan Tovuz” ilə qarşılaşacaq. Matç Gəncədə keçiriləcək və saat 14:00-da başlayacaq.
“Sarı-göylər” digər yoxlama görüşündə isə Bakıda “Səbail-2” ilə qarşılaşacaq. Bu matç yanvarın 28-nə təyin olunub.
Qeyd edək ki, “Kəpəz” Birinci divizionda 12 turdan sonra 22 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

 

İdman 2022-01-17 10:58:00