×
A
A
A
Sazlamalar

Novak Cokoviç “Australian Open” turnirində iştirak etməyəcək

Bakı, 17 yanvar, Nicat Məmmədov, AZƏRTAC

Avstraliya Federal Məhkəməsi dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin vizasını ləğv edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmə Novak Cokoviçin koronavirusa qarşı peyvənd olunmadığı üçün belə qərar qəbul edib.
Onun yaxın saatlarda Avstraliyadan deportasiya ediləcəyi gözlənilir.
Bununla da Novak Cokoviç “Australian Open” turnirində iştirak edə bilməyəcək.
Qeyd edək ki, serbiyalı məşhur tennisçi bir neçə gün öncə Avstraliya sərhəd orqanları tərəfindən saxlanılmışdı.

 

İdman 2022-01-17 00:14:00