×
A
A
A
Sazlamalar

Azərbaycan şahmatçısı Çexiyada “Marienbad Open 2022” şahmat festivalında mübarizəyə başlayıb

Bakı, 16 yanvar, AZƏRTAC
Çexiyanın Marianske-Lazne şəhərində “Marienbad Open 2022” şahmat festivalı start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı qrosmeyster Azər Mirzəyev təmsil edir.
Şahmatçımız birinci turda isveçrəli Fabian Baenzigerlə heç-heçə edib.
Doqquz turdan ibarət olan yarış yanvarın 22-dək davam edəcək.

İdman 2022-01-16 16:11:00