×
A
A
A
Sazlamalar

ikt.az saytının yeni versiyası təqdim olunub

Bakı, 5 yanvar, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında ikt.az saytının yeni versiyası təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda baş mütəxəssis Aqşin Paşayev ikt.az saytının yeni versiyasının işlənilməsinə dair fəaliyyət planı üzrə yaradılmış işçi qrupu tərəfindən yerinə yetirilmiş işləri diqqətə çatdırıb. O, veb-saytda mövcud problemlərin aradan qaldırılması üçün əməkdaşların irəli sürdükləri bütün təklif və tövsiyələrin nəzərə alındığını bildirib.
“Veb-resursun yeni versiyasının işlənilməsi üçün araşdırmalar aparılıb. Hazırlanmış texniki tapşırıq əsasında veb-saytın yeni dizaynı və proqram təminatı işlənilib”, – deyə bildirən A.Paşayev beta versiyanı əyani olaraq nümayiş etdirib.
Məruzəçi, həmçinin ikt.az saytının istifadəyə verilməsindən sonra görülməsi zəruri olan tədbirləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev veb-saytın yeni konsepsiyası ilə əlaqədar fikirlərini bölüşərək, ikt.az saytının rəhbərlik etdiyi qurumun fəaliyyətinin operativ şəkildə işıqlandırılmasında mühüm rolunu ön plana çəkib. Veb-saytın yeni versiyasının yüksək səviyyədə işlənildiyini, onun dizaynı və proqram təminatının yeni tələblər əsasında, müasir texnologiyaların tətbiqi ilə hazırlandığını qeyd edib.

Texnologiya 2022-01-05 11:34:00