×
A
A
A
Sazlamalar

İnformasiya Texnologiyaları İnstitutunda COVID-19-a yoluxma hallarının sayını proqnozlaşdırmaq üçün model tətbiq edilib

Bakı, 13 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda COVID-19-a yoluxma hallarının sayını proqnozlaşdırmaq üçün model tətbiq edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat zamanı Azərbaycanda yaxın günlərdə gözlənilən COVID-19-a yoluxma hallarının və ölüm hallarının sayını proqnozlaşdırmaq üçün “Prophet” modeli tətbiq olunub. Modelin performansı orta mütləq faiz xətası (MAPE), orta kvadratik kök xətası (RMSE) və orta mütləq xəta (MAE) ilə qiymətləndirilib.

Texnologiya 2021-12-13 14:32:00