×
A
A
A
Sazlamalar

“Atalanta” - “Vilyarreal” oyunu hava şəraitinə görə təxirə salınıb

Bakı, 9 dekabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində İtaliyada keçirilən "Atalanta" və "Vilyarreal" (İspaniya) oyunu güclü qar yağması səbəbindən təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, matçın sabah oynanılması planlaşdırılır.
Qarşılaşma ilə bağlı yekun qərar daha sonra veriləcək.

İdman 2021-12-09 00:53:00