Xəzər Universiteti və “Dünya” məktəbi IV Türkiyə Universitetlərinin Təhsil Sərgisində
Bakı, 8 dekabr, AZƏRTAC
TRUCAS şirkətinin təşkilatçılığı ilə Bakıda IV Türkiyə Universitetlərinin Təhsil Sərgisi keçirilib. Sərgidə Türkiyənin 20-dən artıq ali təhsil müəssisələri, tədris mərkəzləri və Azərbaycandan Xəzər Universiteti və “Dünya” məktəbi iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxana təminatı və digər məsələlər barədə məlumat verilib.
Sərgi iştirakçıları Xəzər Universitetinin pavilyonuna böyük maraq göstəriblər. Tədbirdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Vlad Alex Verniqora, ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Tələbə qəbul şöbəsinin müdiri Lamiyə Namazova, Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Fatimə Vəliyeva və assistenti Ülkər Əhmədzadə iştirak ediblər.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır