×
A
A
A
Sazlamalar

Bakıda güləş üzrə Azərbaycan çempionatı davam edir

Bakı, 8 dekabr, AZƏRTAC

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunur.
Milli komandalara seçim xarakteri daşıyan ölkə çempionatının ikinci günündə klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək.
Yarışın sonuncu günündə - dekabrın 9-da 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.
Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçirilir.

İdman 2021-12-08 14:27:00