×
A
A
A
Sazlamalar

Şahmat tacı uğrunda dünya çempionatında onuncu tur keçiriləcək

Bakı, 8 dekabr, AZƏRTAC

Dubayda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda keçirilən dünya çempionatında mübarizə gərginləşir.
AZƏRTAC xəbər verir ki, bu gün – dekabrın 8-də 10-cu turun qarşılaşması keçiriləcək. Ötən turların nəticəsinə görə, dünya çempionu 6:3 hesabla Rusiya şahmatçısını üstələyib.
Turnir on dörd turdan ibarətdir.
Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyada V.Anand, 2016-cı ildə ABŞ-da rusiyalı Sergey Karyagin və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

İdman 2021-12-08 13:21:00