×
A
A
A
Sazlamalar

Tarix Muzeyində şəhid Surxay Mehdiyevin şəxsi əşyaları qorunur

Bakı, 8 dekabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu şəhid Surxay Mehdiyevin şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna daxil edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Surxay Mehdiyev 1985-ci ildə Ağdam rayonunda anadan olub. O, 1993-cu ildə Ağdam rayonu işğal olunandan sonra ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşıb və 1993-2004-cü illərdə tam orta təhsil alıb.
2020-ci ildə təlimlərə qatılan Surxay Mehdiyev Vətən müharibəsində Cəbrayıl, Hadrut, Qubadlı və Füzulinin azadlığı uğrunda döyüşlərdə iştirak edib. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Surxay Mehdiyev “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Elm və təhsil 2021-12-08 12:25:00