×
A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqasının sonuncu turuna start verilib

Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 7-də futbol üzrə UEFA Çempionlar Liqasının sonuncu - 6-cı turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşma baş tutub.
B qrupunda səkkizdəbir finala yüksəlməsi dəqiqləşən İngiltərənin “Liverpul” klubu İtaliyada “Milan” üzərində əzmkar qələbə qazanıb - 1:2. Qrupun digər oyununda Portuqaliyanın “Portu” komandası evdə İspaniyanın “Atletiko Madrid” klubuna uduzub - 1:3. Bu nəticələrdən sonra Madrid klubu növbəti mərhələyə, Porto şəhərinin eyniadlı təmsilçisi UEFA Avropa Liqasının pley-offuna vəsiqə qazanıb. "Milan" isə avrokuboklarla vidalaşıb.
C qrupunda Türkiyənin “Beşiktaş” klubu Almaniyada “Borussiya”ya böyük hesabla uduzub - 0:5. Digər görüşdə isə qrup qalibi olan Niderlandın “Ayaks” klubu Portuqaliyanın “Sportinq” komandasını üstələyib - 4:2.
A qrupunda “Paris Sen-Jermen” Fransada Belçikanın “Brügge” klubunu darmadağın edib - 4:1. Meydan sahiblərinin heyətində Kilian Mbappe və Lionel Messi dubl müəllifi olublar. Digər görüşdə isə İngiltərənin “Mançester Siti” klubu Almaniyada “Leyptsiq”in qonağı olub. Oyun Bundesliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da A qrupunda mübarizəyə yekun vurulub. “Mançester Siti” qrupda ilk, “Paris Sen-Jermen” isə ikinci pilləni daha əvvəl təmin etdiyindən səkkizdəbir finala adlayıblar. “Leyptsiq” isə 3-cü yeri tutaraq, UEFA Avropa Liqasının pley-offunda oynamaq hüququ əldə edib.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu
“Paris Sen-Jermen” (Fransa) – “Brügge” (Belçika) - 4:1;
“Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) - 2:1.
Qrupdakı vəziyyət: “Mançester Siti” - 12, “Paris Sen-Jermen” - 11, “Leyptsiq” - 7, “Brügge” - 4.
B qrupu
“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) - 1:2;
“Portu” (Portuqaliya) – “Atletiko Madrid” (İspaniya) - 1:3.
Qrupdakı vəziyyət: “Liverpul” - 18, Atletiko Madrid” - 7, “Portu” - 5, “Milan” - 4.

C qrupu
“Borussiya Dortmund” (Almaniya) – “Beşiktaş” (Türkiyə) - 5:0;
“Ayaks” (Niderland) – “Sportinq” (Portuqaliya) - 4:2.
Qrupdakı vəziyyət: “Ayaks” - 18, “Sportinq” - 9, “Borussiya Dortmund” - 9, “Beşiktaş” - 0.

D qrupu
“Real Madrid” (İspaniya) – “İnter” (İtaliya) - 2:0;
“Şaxtyor Donetsk” (Ukrayna) – “Şerif” (Moldova) - 1:1.
Qrupdakı vəziyyət: “Real Madrid” - 15, “İnter” - 10, “Şerif” - 7, “Şaxtyor” - 2.
Qeyd edək ki, indiyədək “Mançester Siti”, “Paris Sen-Jermen”, “Liverpul”, “Ayaks”, “Sportinq”, “Real Madrid” və “İnter”lə yanaşı, Almaniyanın “Bavariya”, İtaliyanın “Yuventus”, İngiltərənin “Mançester Yunayted” və “Çelsi” klubları vaxtından əvvəl səkkizdəbir finala yüksəliblər.

İdman 2021-12-08 02:14:00