×
A
A
A
Sazlamalar

Akademik İradə Hüseynova: Mərkəzi Nəbatat Bağında elmi tədqiqatların yüksək səviyyədə təşkili prioritet məsələdir

Bakı, 7 dekabr, AZƏRTAC

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Mərkəzi Nəbatat Bağının Elmi şurasının birgə iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İradə Hüseynova Rusiya Elmlər Akademiyasının nümayəndə heyətinin Bakıya səfəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda BTEB-nin institutlarının nümayəndələri ilə keçirilmiş görüş barədə məlumat verib.
Sonra BTEB-in Elmi şurasının sədri son dövrlərdə AMEA-da, o cümlədən Mərkəzi Nəbatat Bağında həyata keçirilən genişmiqyaslı islahatlar, bağın yenidən qurulması və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Akademik Nəbatat Bağının tarixi, mandatı və funksiyaları, AMEA və Azərbaycan üçün əhəmiyyətindən danışıb. Qeyd edib ki, burada təsərrüfat fəaliyyətləri ilə yanaşı, elmi tədqiqatların da yüksək səviyyədə təşkili prioritet məsələlərdəndir.
Sonra akademik İradə Hüseynova Mərkəzi Nəbatat Bağının icraçı direktoru vəzifəsinə təyin edilmiş biologiya elmləri doktoru, dosent Həsən Babayevi kollektivə təqdim edib, onun həyat yolu, elmi və ictimai fəaliyyəti barədə məlumat verib.
Sonra iclasda bir sıra cari məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

 

Elm və təhsil 2021-12-07 15:49:00