×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxananın fondları yeni nəşrlərlə zənginləşir

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın (MEK) fondları beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlərlə zənginləşir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, bu günlərdə kitabxanaya ingilis, alman, ispan və türk dillərində elmi nəşrlər təqdim olunub.
Nəşrlər sırasında Şotlandiyanın Milli Kitabxanasından “Edinburq Kral Cəmiyyəti”, Yaponiyanın Riyaziyyat Cəmiyyətindən “Riyaziyyat Elmləri Jurnalı”, Meksika Milli Astronomiya Rəsədxanası Astronomiya İnstitutundan astronomiya və astrofizika jurnalı yer alıb. Həmçinin MEK-ə Almaniyanın Senkenberq Tədqiqat İnstitutu və Təbiətşünaslıq Muzeyindən “Palaeobiomüxtəliflik və Palaeomühitlər”, Türk Ocaqları təşkilatından “Türk Dünyası Araştırmaları” və digər jurnallar təqdim edilib.
Jurnallarda riyaziyyat, zoologiya, biologiya, dənizçilik, genetika, tarix barədə elmi məqalələr əksini tapıb.

 

Elm və təhsil 2021-12-07 14:40:00