×
A
A
A
Sazlamalar

Ədəbiyyat İnstitutunun əməkdaşı “Nizami Gəncəvi xatirə nişanı” ilə təltif edilib

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi xatirə nişanı” ilə təltif edilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, Nizami Gəncəvi irsinin tədqiqi və təbliği işində yaxından iştirak edən Təhminə Bədəlova dahi mütəfəkkirin yaradıcılığına dair iki tərtibin, elmi məqalələrin müəllifidir. O, respublikamızda və xarici ölkələrdə beynəlxalq səviyyədə keçirilən konfrans və simpoziumlarda Nizami Gəncəvi yaradıcılığına, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli roluna, şairin əsərlərinin geniş təhlilinə həsr olunmuş məruzələrlə çıxış edib.

 

Elm və təhsil 2021-12-07 13:47:00