×
A
A
A
Sazlamalar

Elektron ticarət sistemlərinin əsas istiqamətləri araşdırılıb

Bakı, 7 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və magistrant Ülkər Haqverdiyevanın həmmüəllifi olduqları “Elektron ticarət sistemlərinin müasir proqram təminatının modernləşdirilməsinin əsas istiqamətləri” mövzusunda elmi-tədqiqat işi Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təqdim olunan tədqiqat işində elektron ticarət sistemlərinin yaranması və yayılmasına təkan verən amillər, bu sistemlərin tətbiqinin ölkə üçün faydaları araşdırılıb.
Tədqiqat işində göstərilir ki, iqtisadiyyatın rəqəmsallaşması nəticə etibarilə milyonlarla istehlakçının, istehsalçının əmtəə-pul dövriyyəsini izləmək, yüz minlərlə vergi ödəyicisinin məlumat bazasını tənzimləmək, ölkə miqyasında pul-kredit, maliyyə resurslarının tənzimlənməsi üçün müvafiq texniki, texnoloji instrumentariyanı yaratmaqdır. Bütün bu kimi işlərin həlli isə superkompüter texnologiyalarının tətbiqi ilə reallaşa bilər.

 

Texnologiya 2021-12-07 12:26:00