×
A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutunda şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda Zəfər Günü münasibətilə elan olunmuş şeir müsabiqəsinin qalibləri müəyyən olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Günel Quliyeva, Hüseyn Mahmudov, 2-ci yerə Röyal Çobanzadə, 3-cü yerə isə Şamil Əfəndi layiq görülüb.
İnstitutun rektoru dosent Aqil Şirinov qaliblərlə görüşüb, onlara diplomlar təqdim edib. Bildirilib ki, müsabiqənin təşkilində məqsəd 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizin şahidi olan gənclərə milli-mənəvi dəyərlərimizi aşılamaq, onların Vətən sevgisini daha da artırmaqdır.

Elm və təhsil 2021-12-06 15:00:00