×
A
A
A
Sazlamalar

Əlyazmalar İnstitutunun “Elmi əsərlər” jurnalının yeni nömrəsi işıq üzü görüb

Bakı, 6 dekabr, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi əsərlər” beynəlxalq elmi jurnalının yeni nömrəsi çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalın “Ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq” bölməsində “Nizami Gəncəvi irsi Məmməd Səid Ordubadinin araşdırmalarında”, “Azərbaycan atalar sözlərinin ilk toplu nəşri”, “Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan ədəbi mühitində rolu”, “Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsərinin tərcüməsində tekstoloji xüsusiyyətlərin filoloji amillərə təsiri”, “Vilayət Aytan”, “Azər Buzovnalı yaradıcılığından nümunələr dövri mətbuat səhifələrində”, “Təsrif” əlyazmasında feil məsələləri”, “Molla Cümə əsərlərinin tekstoloji tədqiqi”, “Qarabağın yetirməsi Qəmər Bəyim Şeyda” adlı məqalələr təqdim olunub. “Tarix” bölməsində “Amerikalı səyyah Seyid Cəmaləddin Əfqani haqqında” və “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi” məqalələri, “Kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiyaşünaslıq” bölməsində isə “Sankt-Peterburq Dövlət Universitetinin fondunda saxlanılan “Oğuznamə” və “Əmsali-Türkanə” əlyazmaları kitabşünaslıq tədqiqatlarında”, “Azərbaycanda kitab məhsullarının tiraj xüsusiyyətləri müstəqillik illərində” adlı məqalələr yer alıb.
Jurnalda, həmçinin institutda keçirilən beynəlxalq, eləcə də ümumrespublika səviyyəli elmi konfranslar, elmi-tədqiqat müəssisəsinin beynəlxalq əməkdaşlıq əlaqələri, burada təşkil olunan kitab təqdimatları, sərgilər, yubiley tədbirləri və təltiflər, institutun alim və mütəxəssisləri tərəfindən nəşrə hazırlanan yeni kitablar və s. mühüm hadisələr haqqında məlumatlar, institutda mühafizə olunan qədim əlyazmaların elektronlaşdırılması və əldə olunan yeni əlyazma nüsxələri ilə bağlı bilgilər oxucuların diqqətinə çatdırılıb.

Elm və təhsil 2021-12-06 11:49:00