×
A
A
A
Sazlamalar

Azərbaycanlı alim beynəlxalq jurnalın rəyçi sertifikatına layiq görülüb

Bakı, 4 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi vəzifəsini icra edən texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova nüfuzlu “Web of Science” elmi bazasına daxil olan “Soft Computing” jurnalı tərəfindən rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, yumşaq hesablama texnikalarına əsaslanan sistem həllərinə həsr edilmiş “Soft Computing” müvafiq sahədə mühüm elmi nəticələrin sürətlə yayılmasını, təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis sistemlər, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların təqdim olunmasını hədəfləyir.
Jurnalın impakt faktoru 3.643-dür.

Elm və təhsil 2021-12-04 15:37:00