×
A
A
A
Sazlamalar

ADNSU-nun tələbələri dərslərini istehsalat müəssisəsində keçiblər

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) IV kurs tələbələri dərslərini istehsalat müəssisəsində - Xırdalan şəhərindəki “Nur Kauçuk” MMC-də keçiblər.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, müxtəlif növ kauçuk və rezin məmulatlar istehsal edilən zavodda sillabusa uyğun olaraq təşkil edilən dərslər universitetin Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının müdiri professor Fariz Əmirov, dosent İradə Abdullayeva, laboratoriya müdiri Zahidə Əliyeva tərəfindən keçirilib.
Tələbələr müəssisədə olan avadanlıqları, dəzgahların işləmə mexanizmlərini izləyib, eyni zamanda, müəllimlərin izahını dinləyiblər.
Sonra müəllimlər və zavodun əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.

Elm və təhsil 2021-12-04 12:15:00