×
A
A
A
Sazlamalar

“Sağlam bədəndə sağlam ruh” şüarı altında reqbi idman növünün təqdimatı keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycan Reqbi Federasiyası və Hədəf Liseyinin təşkilatçılığı ilə “Sağlam bədəndə sağlam ruh” şüarı altında reqbi idman növünün təqdimatı keçirilib.
Azərbaycan Reqbi Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Masazırda yerləşən liseyin akt zalında keçirilən tədbirdə federasiyanın birinci vitse-prezidenti Elvar Osmanov, regionlar üzrə vitse-prezidenti Səbuhi Qarayev, yığma komandanın baş məşqçisi Vaqif Səadətxan və Hədəf Liseyinin direktoru Cavid Hüseynov iştirak ediblər.
Təqdimatda reqbi idman növü ilə bağlı geniş məlumat verilib, onun kütləviliyinin təmin edilməsi, eləcə də, uşaqlar arasında daha geniş yayılması üçün federasiya tərəfindən görülən işlərdən danışılıb. Qeyd edilib ki, Hədəf Liseyində bu idman növünü inkişaf etdirmək üçün maddi-texniki baza mövcuddur və burada reqbi üzrə dərnəklər fəaliyyət göstərəcək.

 

İdman 2021-12-04 06:35:00