×
A
A
A
Sazlamalar

Gənclər arasında taekvondo üzrə keçirilən Azərbaycan birinciliyində qaliblər müəyyənləşib

Bakı, 4 dekabr, AZƏRTAC

Gənclər arasında taekvondo üzrə Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə qızlar arasında keçirilən yarışlarda Zemfira Həsənzadə (42 kq), Səmmərux Osmanova (52 kq), Leyla Bəşirova (55 kq) qızıl medal qazanıblar.
Oğlanların yarışında isə Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), İsmət İsrafilzadə (73 kq), Göydəniz Hüseynov (78 kq), Ruslan Həsənzadə (78 kiloqramdan yuxarı) bütün rəqiblərini məğlub edərək qalib adına layiq görülüblər.
Yarışda 2005-2007-ci il təvəllüdlü idmançılar iştirak ediblər. Birincilikdə 226 taekvondoçu mübarizə aparıb.

 

İdman 2021-12-04 03:30:00