×
A
A
A
Sazlamalar

Təhsildə Keyfiyyət Təminatı Agentliyi: Noyabrda 235 nəfərin diplomu tanınıb

Bakı, 3 dekabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) noyabr ayında 302 ərizəçi müraciət edib.
Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, müraciət edənlərin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbindən 34, təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbindən 10, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbindən 13, digər səbəblər üzrə 10 nəfərin diplomu tanınmayıb.

Elm və təhsil 2021-12-03 19:08:00