×
A
A
A
Sazlamalar

Neft və Qaz İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun Laydaxili proseslərin ədədi modelləşdirilməsi şöbəsinin müdiri texnika elmləri doktoru Mahir Rəsulov Türkiyənin İstanbul şəhərində keçirilən “Ədədi funksional analiz-2021” konfransında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda Mahir Rəsulovun “Riemann tipli problem üçün dalğaların qarşılıqlı təsirinin ədədi tədqiqi” mövzusunda məruzəsi dinlənilib.

Elm və təhsil 2021-12-03 18:07:00