×
A
A
A
Sazlamalar

İspaniya klubu baş məşqçisi ilə yollarını ayırıb

Bakı, 1 dekabr, AZƏRTAC

İspaniyanın “Levante” klubu baş məşqçisi Xavier Pereyra ilə yolları ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi tvitter səhifəsi məlumat yayıb.
Əlli beş yaşlı ispaniyalı çalışdırıcı uğursuz çıxışların ardından bu postundan gedib. Pereyra bu ilin oktyabrından “Levante”yə rəhbərlik edirdi.
Qeyd edək ki, mütəxəssisin rəhbərliyi altında "Levante" La Liqada oynadığı 7 matçın 4-də məğlub olub, 3 oyunda isə heç-heçə edib.

 

İdman 2021-12-01 14:40:00