×
A
A
A
Sazlamalar

Taekvondo üzrə Azərbaycan birinciliyində 6 çəki dərəcəsində mükafatçılar müəyyənləşib

Bakı, 1 dekabr, AZƏRTAC
Sumqayıt Olimpiya İdman Kompleksində yeniyetmələr arasında taekvondo üzrə Azərbaycan birinciliyində ikinci yarış gününün qarşılaşmaları keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirdə 6 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Belə ki, qızlar arasında Minayə Həsənli (59 kq-dan yuxarı), oğlanların mübarizəsində Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Vüqar Aslanov (41 kq), Rahil Umudov (61 kq) və Elcan Əliyev (65 kq) qızıl medal qazanıblar.
Yarışda 2008-2010-cu il təvəllüdlü idmançılar iştirak edirlər. Bu gün başa çatacaq turnirdə 372 taekvondoçu mübarizə aparır.
AZƏRTAC-0-

İdman 2021-12-01 13:55:00